8 Aprel 2023 10:26
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib. Xidmətin əsasında SHXÇDX-nin Naxçıvan üzrə baş idarəsi yaradılıb.

Bundan başqa, əvvəlki xidmətdə mövcud olan birinci müavin və üç müavin postu da ləğv olunub. Yeni baş idarədə müavinlər postu yaradılıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər