20 Aprel 2023 17:17
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Azərbaycanda daşınar əmlakın reyestrlərdə qeydiyyatı üçün tələb olunan sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və yaxud məlumatlar ərizəçidən tələb edilməyəcək.

Belə sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və yaxud ərizəçi tərəfindən təmin ediləcək.

Eyni zamanda reyestrlərdən məlumat almaq üçün tələb olunan sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və yaxud məlumatlar ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və yaxud ərizəçi tərəfindən təmin ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər