Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən deyib.