11 May 2023 11:32
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə SOCAR ilə “Total Energies” arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

“Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.

Nikolas Terraz “Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq ölkədəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib.

Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpaolunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər