3 İyun 13:40
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

İyunun 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com