"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanacaq.
Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb.
Layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək.
Bununla bağlı Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olacaq.