5 İyul 2023 17:09
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın sədri kimi təyin edilib.

Kollegiyanın üzvləri aşağıdakı şəxslərdir:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri,

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə məsələləri şöbəsinin müdiri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Qadın və gender məsələləri şöbəsinin müdiri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq məsələləri şöbəsinin müdiri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi-təminat şöbəsinin müdiri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Analitik təhlil və informasiya şöbəsinin müdiri.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər