Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.
Teleqraf.com xəbər verir ki, dəyişikliyə əsasən, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsindən “himayədar ailə,” sözləri çıxarılıb.