İyulun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının əsas yolları üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.
Ceyhun Bayramov və Sergey Lavrov əlavə təmaslar barədə razılığa gəliblər.