24 İyul 2023 16:04
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və təhsil nazirinin 4 müavini olacaq.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş nazirliyin əsasnaməsində öz əksini tapıb.

Yeni əsasnamədə qeyd edilib ki, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq.

Bildirilib ki, nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Qeyd edək ki, hazırda Elm və təhsil nazirinin 3 müavini var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər