3 Avqust 2023 19:10
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirdi.

rezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlədi və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər