4 Avqust 2023 16:42
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, sənədə əsasən Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

Sənədə əsasən, həmin yubiley medalı haqqında Əsasnamə və yubiley medalının təsviri də təsdiqlənib.

Bu sənəddə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqan dedikdə Prezidentin Təhlükəsizlik Xidməti nəzərdə tutulur.

“Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinə verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər