17 Avqust 2023 13:41
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 milyon manat vəsait ayrılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər