Azərbaycanda kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsi ilə bağlı kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması qaydası hazırlanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət ilə razılaşdırmaqla kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması qaydasının layihəsini, həmçinin Kosmik Agentliyinin ("Azərkosmos") fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısı hazırlanıb 2 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməlidir.
Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları, kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət qaydasının layihəsini 2 ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Bu sərəncam avqustun 29-dan qüvvəyə minib. Sərəncam “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2023-cü il 4 avqust tarixli 2291 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.