Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçilərinin say həddi 88-dən 98-ə qaldırılıb.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.