Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Prezident bu barədə Özbəkistanın paytaxtında keçirilən ECO sammiti çərçivəsində bildirib.
O, həmçinin Azərbaycanın 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin vacibliyini vurğulayıb.