26 Dekabr 2023 12:18
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

***

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər