Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişib.
Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Prezidentin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisləri Komissiyanın üzvləri sırasına daxil edilib.
Ləğv edilmiş “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi isə üzvlər sırasından çıxarılıb.