29 Yanvar 15:54
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

Teleqraf.com xəbər verir ki bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Qeyd edək ki, Xanlar Ağalarov bu təyinata qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər