Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini
Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru