29 İyul 13:50
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Venesuela münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin, həm ikitərəfli, həm də çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, dost Venesuela xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər