15 Avqust 14:45
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinə “azad edilən” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə edilib.

Dəyişikliklə nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və üç müavini vardır. Nazir müavinləri, nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Bununla da nazir müavinlərinin sayı 4-ə çatdırılıb.

Qeyd edək ki, hazırda ekologiya və təbii sərvətlər nazirinin üç müavini var. Onlar Rauf Hacıyev, Vüqar Kərimov və Umayra Tağıyevadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər