21 Avqust 2020 14:27
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İsraildəki səfiri Armen Smbatyanın son müsahibəsində bir daha bu ölkənin riyakar siyasətinin şahidi olduq. A.Smbatyan müsahibədə özünü Azərbaycan və erməni xalqları arasında təmasların qurulmasının tərəfdarı kimi qələmə verməyə çalışıb.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, münaqişənin maraqlı tərəflərindən biri kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması artıq illərdir ki, işğal altındakı Qarabağ bölgəmizin erməni və azərbaycanlı sakinləri arasındakı dialoqun aparılmasını təklif edir. Lakin, Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistanın siyasi rəhbərliyi nəinki buna mane olur, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə utanmazcasına inkar edir:

"Əgər A.Smbatyan həqiqətən də iki xalq arasında dialoq tərəfdarıdırsa, onda qoy Dağlıq Qarabağın azərbaycanlı icmasının təklifini dəstəkləsin. Lakin Azərbaycan ərazilərini işğal edərək, bir milyondan çox soydaşımızı etnik təmizləməyə məruz qoymuş təcavüzkar Ermənistanın səfirinin “Münaqişənin həlli bizdən deyil, ATƏT-in Minsk qrupundan asılıdır” deməsi ölkəsinin məsuliyyətdən yaxa qurtarmağa çalışmasının növbəti təzahürüdür.

Münaqişənin bu günə qədər həll olunmamasının səbəbi Ermənistan qoşunlarının qanunsuz olaraq Azərbaycan ərazilərində mövcudluğudur. Ermənistanın öz ordusunu işğal edilmiş ərazilərimizdən çıxarması ilə iki xalq arasında münasibətlər cox asanlıqla bərpa edilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər