23 Sentyabr 2020 10:34
3 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Livan və Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamın beş kəndində və Füzulinin bir kəndində qanunsuz məskunlaşdırılması baş verir. Bu ərazilər erməni terror dəstələri tərəfindən işğal edilib, qanunsuz köçürülən ermənilər bölgədə etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları əvəz edir”.

Teleqraf.com xəbər verir ki, bunu irlandiyalı tarixçi Patrik Uolş deyib.

Tarixçi Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə diqqət çəkib: “Bu azərbaycanlıların bir çoxu evlərinə qovuşmaq imkanı olmadan öldülər; ya Qarabağ dağlarında erməni terrorçuları tərəfindən öldürüldülər, ya da işgəncələrə məruz qalaraq və donaraq həlak oldular. Sizdən yetkinlik illərində qaçqın və ya məcburi köçkün kimi böyüyən, uşaqlıqları terrorçular tərəfindən əbədi əllərindən alınmış, doğulduqları yerlərə qayıtmağı xəyal edən insanların səsi olmanızı xahiş edirəm.

Bu işğal nəticəsində 800 mindən çox azərbaycanlı zorla evlərindən və torpaqlarından çıxarıldı. Bu gün Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın hərbi təcavüzünü pisləyir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və BMT Baş Assambleyasının qətnaməsi Ermənistanın dərhal, tam və qeyd-şərtsiz Azərbaycan ərazisindən çəkilməsini tələb edir. Xahiş edirəm, 1992-ci ildə erməni hərbçiləri tərəfindən Xocalı şəhərində amansızlıqla qətlə yetirilən 613 azərbaycanlı mülki şəxs - qadın, kişi və uşaq haqda düşünün”.

Patrik Uolş bildirib ki, Ermənistan hökuməti avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra sahib olduqları hər şeyi itirmək faciəsini yaşayan Livan ermənilərinin həssaslığından istifadə edir:

“Ermənilərin üçüncü ölkənin vətəndaşlarını beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan ərazilərdə yerləşdirməsinə icazə verilməməlidir. Azərbaycan partlayış nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün Livana 1 milyon dollar maliyyə yardımı göndərib.

Ermənistanın Livan ermənilərini Ermənistanın özündə yerləşdirmək üçün hər imkanı var. Ermənistanda əhalinin sıxlığı onun ərazisi ilə müqayisədə yüksək deyil. Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək qərarı erməni hökumətinin sabitliyi necə pozduğunu və təcavüzkar olduğunu sübut edir. ABŞ-da fəaliyyət göstərən “Tufenkyan” Fondu bu yaşayış məntəqələrini maliyyələşdirir və inşa edir. Dialoq masası ətrafında əldə edilən ədalətli bir sülh üçün yalnız bir növ yer var - beynəlxalq hüquq qaydalarına görə, Azərbaycan əraziləri dərhal geri qaytarılmalı və bütün məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə qaytarılmalıdır”.

İrland tarixçi qeyd edib ki, Ermənistanın bölgədə sabitliyi pozan və Avropanın enerji təchizatını təhlükə altına qoyan hərbi təxribatları davam etdirməsinin qarşısı alınmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər