28 Sentyabr 2020 10:36
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabrın 27-dən 28-ə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edib. Azərbaycan ordusu döyüş şəraitinə tam nəzarət edir”.

Teleqraf.com xəbər verir ki, bunu Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki vətəndaşların atəşə tutulması faktları var.

Deputat həmçinin vurğulayıb ki, dünən səhərdən etibarən minlərlə Füzuli sakini toplaşaraq Ali Baş Komandana və orduya öz dəstəklərini nümayiş etdiriblər:

“Füzuli sakinləri Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar. Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər