“Moskva bütün xarici və daxili tərəfləri Dağlıq Qarabağdakı vəziyyətə qarşı maksimum təmkin nümayiş etdirməyə çağırır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
O, dərhal atəşkəsə nail olmağın və tərəflərin danışıqlar masasına qayıtmasının vacib olduğunu bildirib: “Bütün xarici və daxili oyunçuları ritorika da daxil olmaqla maksimum təmkin nümayiş etdirməyə çağırırıq. İndi dərhal atəşkəsə nail olmaq və tərəfləri danışıqlar masasına qaytarmaq üçün mümkün qədər diqqətli olmaq vacibdir”.
Rudenkonun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq 1991-ci ildən bəri bu prosesdə fəal iştirak edir: “Biz bütün tərəfdaşlarımızla təmasları davam etdirmək niyyətindəyik”.