30 Sentyabr 2020 10:43
4 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ərazisindən Ermənistana silah daşınmasına dair videokadrlar yayılır.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə cənublu soydaşlarımızın İran ərazisindən işğalçı Ermənistana hər-hansı dəstəyin göndərilməsinə etiraz etdiyi haqda məlumaylar yayılıb.

Məlumatlara görə, azərbaycanlılar buna etiraz olaraq, dünən gecə silah daşıyan yük maşınlarını yandırıb.

Son günlər İran ərazisindən işğalçı Ermənistana silah daşınmasına dair faktlar yayılmaqdadır. Soydaşlarımız yolları bağlayaraq, buna etiraz edirlər.

İranın Ermənistana silah daşınması üçün ərazisinin tranzit kimi istifadə edilməsinə icazə verməsi, Azərbaycan-İran münasibətlərinə və İslam həmrəyliyinə zidd addımdır. Azərbaycan etibarlı tərəfdaş həmişə İranla mehriban qonşuluq siyasətinə sadiqdir və eyni münasibəti İran İslam Respublikasındanın da sərgiləməsini istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər