BDU-nun Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi cəbhə zonasındakı əməliyyatlarla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik.
- İsmayıl müəllim, uğursuz Tovuz döyüşlərindən sonra Ermənistan nə üçün sakitləşmədi, əksinə 27 sentyabrdan etibarən yenidən Azərbaycana qarşı təxribata əl atdı?
- Tovuz döyüşləri ərəfəsində Paşinyanın reytinqi vaxtilə məğlub etdiyi rəqibi Sərkisyanın o zamanki reytinqindən də aşağı idi. Reytinqini qaldırmaq üçün Latviya, Litva müdafiə nazirləri ilə danışıb, onlardan snayper qızlar istədi ki, sərhədə toplasın. Armen Sərkisyanı 102-ci orduya, Gümrüyə göndərib, oradan topçular dəvət etdilər. Muzdlu kiçik bir ordu yaratdılar ki, Tovuz tərəfdən hücum edərək heç olmasa kiçik bir qələbə qazansınlar. Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da (KTMT) müharibəyə cəlb etmək istəyirdilər. Müharibəni Qarabağda yox, Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədində davam etdirmək istəyirdilər ki, KTMT məcbur məsələyə qarışsın. Amma bu alınmadı. Düşmən istəyinə nail ola bilmədi.
- Düşmən 27 sentyabrdan etibarən yenidən Azərbaycana qarşı təxribatlara başlayıb. Ölkəmiz həmin təxribatların qarşını alıb və əks-hücum əməliyyatlarına başlayıb. Gedişatı necə qiymətləndirirsiniz?
- Bu, bizim haqqımızdır, öz torpaqlarımızda mübarizə aparırıq. Tarixi şərait yarandığına görə bundan istifadə etməsək, hər şey əlimizdən gedəcək.
- Beynəlxalq təşkilatlar, bir sıra dövlətlər Azərbaycanı sülh danışıqlarına çağırır. Ölkəmiz belə bir vəziyyətdə bu çağırışlara necə reaksiya verməlidir?
- BMT sülh danışıqlarına çağırır, lakin bunu vaxtında fikirləşməli idi. BMT 4 qətnamə qəbul etmişdi ki, Ermənistan ordusu Qarabağdan qeyd-şərtsiz çıxmalıdır. Bəs onu niyə yerinə yetirmədi? Qısa zaman kəsiyində heç olmasa Qarabağın əksəriyyətini geri qaytarmalıyıq. Əməliyyatları dayandırmaq olmaz. Onlar başa düşməlidirlər ki, Azərbaycan hansı gücə malikdir.
- Əməliyyatlarla bağlı erməni mətbuatı real vəziyyəti yazır?
- Qarabağ bölgəsindəki separatçı-terrorçuların lideri Araik Arutyunyan canlı mətbuat konfransı keçirib heç bir kəndin əldən getmədiyi kimi səfeh informasiyalar verib. Ermənistan əhalisini ruhdan salmamaq üçün Azərbaycana qarşı iftira atırlar. İddia edirlər ki, "Bordo Bereliler" adlanan Türk xüsusi təyinatlıları Azərbaycanda vuruşur. Guya ki, Azərbaycan ordusu vuruşmağı bacarmır, onların təyyarələrini vurduğumuzu iddia edirlər. Hətta ötən gün Azərbaycan Silahlı Qüvvələrində F-16 Türk təyyarəsinin olduğunu və ermənilərin Su-25 təyyarəsini vurduğunu iddia ediblər. Rusiyanın "Россия 1" telekanalına müsahibə verən Ali Baş Komandan İlham Əliyev də bu məlumatın yalan olduğunu təsdiqlədi və bildirdi ki, özümüz kifayət qədər canlı qüvvəmiz, təyyarəmiz var. Qeyd etdi ki, Türkiyə bizə yalnız mənəvi dəstək verir və bu vacibdir. Çünki biz qardaş ölkəyik.
Hazırda ermənilər könüllülərin toplantısını keçirir, yardıma gedirlər. Əslində isə könüllülərin çoxu qaçırlar və bilirlər ki, Azərbaycan ordusu sona qədər gedəcək.
- Ölkəmizdə internetin verilməsində müəyyən məhdudiyyətlər var. Bu qərarı necə qiymətləndirirsiniz?
- Bunu daha əvvəl baş verən münaqişələrdə də etmək lazım idi. Çünki saxta təbliğat aparıb, dezinformasiya yayanların sayı çoxdur. Həm də erməni təbliğatının qarşısını almaq lazımdır. Mən izləyirəm, ermənilər özlərini qəhrəman kimi qələmə verib, məğlub olmayacaqlarını yazırlar. Mən bilirəm ki, bu yalandır, amma inananlar da var. Bu səbəblə internetə girişdə məhdudiyyətlərin tətbiq olunması düzgün qərar oldu.
- Hazırkı vəziyyətdə düşmənə qarşı doğru informasiya müharibəsi apara bilirikmi?
- Müharibənin qanunları var. Düşmən yalan məlumatlar verirsə, o demək deyil ki, biz də belə etməliyik. Onu da deyim ki, bizdə itkilərimizlə bağlı geniş məlumatın verilməməsi müharibənin qanunlarına uyğundur və belə davam etməliyik. Biz açıq desək ki, 100 nəfər şəhid olub, bu, ruh düşkünlüyü yaradacaq. Bu səbəblə belə məlumatları daha sonraya saxlamaq lazımdır.
- Rusiya ilə İran hazırda "ehtiyyatlı" mövqe sərgiləyir. Türkiyə isə açıq şəkildə Azərbaycanı müdafiə etdiyini bildirir. Bəs Qərb ölkələrinin yanaşması necədir?
- Qərb ölkələrindən erməniləri ən çox dəstəkləyən Fransadır. Müharibənin ikinci günü, 28 sentyabrda Paşinyan hiss etdi ki, ordumuz güclüdür. İlk olaraq Rusiyanın Prezidenti Vladimir Putinə zəng etdi. Putin təbii ki, indiyə qədər Paşinyanın şıltaqlıqlarına dözürdü. Bu dəfə də Paşinyana bildirdi ki, rahat ol, müharibəni yaxın zamanda dayandıracağıq. O da istəyir ki, Azərbaycan erməniyə "sillə" vursun və Ermənistan Putinə yalvarmağa başlasın. Ondan sonra Fransanın Prezidenti Emmanuel Makrona zəng edib dəstək istədi, müharibəni dayandırmalarını xahiş etdi. Makron da ilk olaraq Türkiyə Prezidenti Ərdoğlanla danışdı, Ərdoğan ona cavab verdikdən sonra isə, Makron İlham Əliyevə zəng etdi. Ali Baş Komandan da ona izah etdi ki, Minsk Qrupu illərdir gəlib-gedir, ortada heç nə yoxdur. Biz öz torpağımıza qayıtmalıyıq.
- Vladimir Jirinovski bildirib ki, Qarabağ Rusiyaya verilsin və hər iki tərəf sakitləşsin. Nə üçün Rusiya tərəfdən belə fikirlər səsləndirilir?
- Guya ki, Türkmənçay müqaviləsi zamanı Qarabağ Rusiyaya verilib və Rusiya bu müqaviləni iddia edərək Qarabağı özünə tabe edəcəyini düşünür. Amma hazırda Rusiyanın bu addımı atacağını düşünmürəm. Çünki, Qarabağ tarixən Azərbaycanındır. Ermənistanın əsas düşməni onların Ukraynadakı tarixçisi Filip Bekozyandır. O hər zaman ermənilərə müraciət edərək bildirir ki, sizin Türk və Azərbaycan adında düşməniniz yoxdur. Sizin ən böyük düşməniniz saxta tarixinizdir. Əgər ermənilər əsl tarixlərinə dönsələr, başa düşəcəklər ki, onların dövləti və dövlətçilik ənənələri yoxdur. Onlar daima ayrı-ayrı dövlətlərin əlinin altında yaşayıblar. Hətta ermənilərin hərflərinin efiopiya əlifbası olduğu təsdiqlənib. Azərbaycan tarixçilərinin əsas məqsədi bütün dünya tarixçiləri ilə əlaqə yaradıb, ermənilərin saxta tarixini üzə çıxarmaq olmalıdır.
- Təcavüzkar, cılız dövlət olduğunu bilə-bilə niyə hələ də bəzi ölkələr Ermənistanı dəstəkləyir?
- Ermənilərlə çox az müddət birlikdə yaşasaydınız, siz də deyərdiniz ki, onlar doğurdan da çox yazıq millətdir. Onlar yaltaqlığı bacarırlar. İstənilən yerdə hansısa savadsız erməni qadın tez uydurma tarixindən danışmağa başlayır. Mən hazırda erməni dilindən dərs deyirəm, onlar yazılan məqaləni həqiqət kimi danışırlar. 30 il ermənilərin arasında yaşamışam, onların arasında "Posa" adlanan millət var. Ermənilərin əsl tayfaları onlardır. Onlar hər zaman ev əşyaları düzəldib satırlar. Əgər kimsə satdıqları məhsulun qiymətində endirim etmək istəsə, həmin pulu almadan əl çəkmirlər. Ermənilər o millətdən yaranıblar, lakin başqa millətlərlə evlənmələri sayəsində artmağa başlayıblar. Bu gün erməni mətbuatında onların Azərbaycana qarşı yazdıqları məqalələrə şərh yazıb, cavab verən tək ermənişünas mənəm. Bəzən xaricdə yaşayan ermənilər də fikirlərimi təsdiqləyirlər.
- Düşmənlə mübarizə aparmaq üçün onun dilini bilmək vacibdir. Ölkəmizdə nə üçün kütləvi şəkildə erməni dili tədris olunmur?
- Ötən əsrin əvvəllərinə qədər erməninin ikinci ana dili Türk dili olub və bunu özləri də bilirlər. Onlar yalnız erməni və türk dilində danışıblar. Münaqişələr başladıqdan sonra türklərin onlara yaratdığı şəraitdən istifadə etməyə başladılar. Ermənilər yedikləri qaba tüpürən millətdir. "Biz nəyə görə türkün əlinin altında yaşayırıq? Yaxşısı budur, onlar bizə tabe olsunlar" iddiasını irəli sürdülər. Ermənilərin əksəriyyəti bildirir ki, birinci dünya müharibəsi illərində türklərlə yaxşı yaşayıblar. Türkiyə və Rusiya müharibəsi zamanı ermənilər Rusiyaya yardım etməyə başladılar. Bu, onların xislətindən irəli gəlir. Ona görə də bizə lazım gəlmirdi ki, erməni dilini öyrənək. Hələ o ərəfədə bəziləri dedilər ki, erməni kimdir ki, biz onun dilini öyrənək? Erməni odur ki, hazırda bizim 20 faiz torpağımızı işğal edib. 1988-ci illərdə bəzi hadisələrdə erməninin dilini bilmədiyimiz üçün bizə qalib gəldilər. Bu hadisələrdən biri də Daşaltı əməliyyatıdır. Əgər həmin əməliyyatda uduzmasa idik, səhəri gün Şuşanı itirməzdik. Şuşa ona görə əldən getdi ki, biz erməni dilini bilmirdik. Erməninin Azərbaycan dilində bilən bir qrup dəstəsi radiasiya vasitəsilə içimizə daxil olub, bizi dinləməyə başlamışdı. Hazırkı vəziyyətdə erməni dilini bilməyimiz çox vacibdir. İstənilən müharibədə düşmənin dilini bilmədən ona qalib gəlmək mümkün deyil, bu, tarixi faktdır.