1 Oktyabr 2020 14:00
9 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də erməni qüvvələrinin Azərbaycanın mülki əhalisinin yaşadığı yerlərə zərbə endirməsindən sonra döyüşlər başladı. İşğalçıya əks-cavab verən Azərbaycan ordusu öz ərazilərinin bir hissəsini azad etdi. Artıq hər iki ölkədə səfərbərlik elan edilib.

Teleqraf.com xəbər verir ki, türk mediası Azərbaycan ordusunun Dağlıq Qarabağda anti-terror əməliyyatlarını gündəmdə saxlamaqda davam edir.

Türk mənbələr Ermənistanın “Azərbaycanın helikopterini vurduq” açıqlamasının Bakı tərəfindən təkzib edildiyinə diqqət çəkib:

“Azərbaycana qarşı atdığı təxribatçı addımın baha başa gəldiyi işğalçı ölkənin Prezidenti Armen Sərkisyan açıq şəkildə çarəsiz durumda olduqlarını dilə gətirib.

O, çıxış yolunu üzünü xarici dövlətlərə - beynəlxalq ictimaiyyətə tutmaqda görüb: “Beynəlxalq ictimaiyyət Qarabağdakı savaşı dayandırmaq üçün müdaxilə etməsə, Qafqaz mürəkkəb bir problemlə çevriləcək. Qarşıdurmalar dayanmasa, Qafqaz yeni bir Suriyaya çevrilə bilər”.

Ermənistan baş nazirinin təxribatçı açıqlamalarını “Paşinyan qaşınır” başlığı ilə manşetlərində yer verən türk mediası yazır:

“Ortaya atdığı yalanları bir-bir üzə çıxan, amma yenə də “palçığı at, izi qalsın” siyasətinə davam edən Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətin Türkiyə və Azərbaycanın birgə hərəkət etdiyini görməzdən gəldiyini, xarici terrorçuları Ermənistanın üstünə göndərdiklərini iddia edib. Paşinyan xarici ölkələri öz təxribatçı oyununa çəkmək niyyəti güdür: “Bu terrorizm ABŞ, İran, Rusiya və Fransanı eyni səviyyədə təhdid edir”.

Türk mediası əsl terror dövlətinin Ermənistanın özü olduğunu, Azərbaycanın mülki əhalisini hədəf aldığını bildirib:

“Ermənistan ordusunun mülki əhalinin yaşadığı yerləri hədəf alması nəticəsində həyatını itirən mülki insanların sayı 16-ya, yaralı sayı isə 55-ə çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər