1 Oktyabr 2020 15:25
3 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinin onlarla hərbi texnikasını ələ keçirib.

Teleqraf.com-un məlumatına görə, cəbhədə gedən qızğın döyüşlər nəticəsində düşmən hərbi zireh və texnikalarını ataraq ərazidən geri çəkiliblər. Azərbaycan hərbçiləri həmin hərbi texnikaları götürüb.

Ərazini işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-hücum həmlələrini davam etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən görüntülər yayılıb.



Müəllif: Teleqraf.com