2 Oktyabr 2020 11:40
26 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verənlərlə əlaqədar Ankaraya göndərilən hesabat Baş nazir Nikol Paşinyanın ciddi problemlər yaşamağa başladığını ortaya qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hüriyyət” qəzeti məlumat verib.

Nəşrə göndərilən hesabatda erməni ordusunun Azərbaycan qarşısındakı məğlubiyyəti ilə Paşinyanın ölkədəki etibarını itirdiyi vurğulanıb.

Hesabatdakı bəzi təfərrüatlar belədir:

“Küncdə qapalı qalan Paşinyan yerli ictimai rəyə “Türklər bizi 100 il əvvəl kəsdilər, indi də kəsmək istəyirlər” kimi ucuz təbliğata başlayıb. Amma daxildə artıq kimsə onu ciddiyə almır. Paşinyanın xaricdən gözlədiyi dəstəyi ala bilməməsi İrəvanı təəccübləndirib.

Putin arxasını çevirdi

Əvvəlcə mötədil görünən, lakin bir müddət sonra bütün siyasi rəqiblərini həbsə atmağa başlayan Paşinyan siyasi və iqtisadi baxımdan küncə sıxışdıqdan sonra Azərbaycanı hədəf almağa başladı. Rusiyanın qarşıdurmalardan 4 gün sonra addım atmaq səyləri diqqət çəkir.

Amma Rusiya Paşinyana da müsbət baxmır. Moskvanın keçmiş prezident Robert Köçəryana ad günü mesajı göndərməsinin xüsusi mənası vardı. Paşinyan onu həbsxanaya saldı və sonra girov müqabilində sərbəst buraxdı. Moskvanın bu münasibəti İrəvan rəhbərliyində narahatlığa səbəb olub.

PKK ilə görüş

Erməni rəhbərliyi ilə terror təşkilatı PKK arasındakı əlaqələr son illərdə artıb. Dağlıq Qarabağa gətirilən PKK terrorçularının liderinin bundan əvvəl Ermənistan rəhbərliyi ilə görüşdüüyü də məlum olub.

Erməni rəhbərliyi tərəfindən türk mallarına boykot elan edildi. Bəzi böyük supermarket şəbəkələrinin boykot kampaniyasına riayət etməyə qərar verdikləri və türk mallarını vitrinlərdən götürüldüyü deyildi. Ermənistanda irili-xırdalı təxminən 60 min təşəbbüskar bu təklifə qarşı çıxdı. Türkiyədən idxal olunan yüngül sənaye məhsullarının boykot edilməsinin iqtisadiyyata ağır zərbə vuracağı bildirilib. Məsələ ilə əlaqədar açıqlama verən Ermənistan Ticarət Palatasının başçısı Vaxram Mirakyan türk mallarını boykot etmək fikrinin bir gecədə həyata keçirilə bilməyəcəyini vurğulayıb: “Ölkəmizdə 80 min sahibkar var. Bunlardan 60 mini ümumiyyətlə türk xammalı və hazır məhsulları ilə işləyir. Bir gecədə bütün türk mallarını boykot edək desək, bu 60 min təşəbbüskar işsiz qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər