2 Oktyabr 2020 15:03
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf hiss ilə qeyd etmək istərdim ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə xarici jurnalistləri cəlb edərək onları hədəfə çevirir.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünkü brifinqdə deyib.

O bildirib ki, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan edilən səfərlər qanunsuzdur:

“Bu səbəbdən Azərbaycan onların təhlükəsizliyinə cavabdeh deyil. Münaqişə zonasına gətirilən və canlı hədəfə götürülən xarici jurnalistlərin təhlükəsizliyinə görə məsuliyyəti bilavasitə Ermənistan hakimiyyəti daşıyır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər