Bakı Media Mərkəzi işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində əks hücum əməliyyatı həyata keçirən şanlı Azərbaycan Ordusu ilə bağlı xüsusi videoçarx hazırlayıb.
Teleqraf.com-un məlumatına görə, Mərkəzin sosial şəbəkələrdəki səhifələrində yayılan paylaşımda deyilir: “Azərbaycan Ordusu güvənc yerimiz, qürur mənbəyimizdir. Ordumuz vətənimizi, müstəqil dövlətimizi və ərazi bütövlüyümüzü ən yüksək səviyyədə qorumağa qadirdir. İndi şanlı Ordumuz öz qüdrəti və cəsarəti ilə bu bacarığını döyüş meydanında isbatlayır. Biz Ali Baş Komandanımıza , Ordumuza və əsgərlərimizə güvənirik. Qələbə bizimlədir. Hər şey Vətən üçün, hər şey Qarabağ üçün!”
Bakı Media Mərkəzinin Ordumuzla bağlı hazırladığı videoçarxı Sizə təqdim edirik:
Youtube : https://www.youtube.com/watch?v=VoD5LMP1o6Q
Facebook: https://www.facebook.com/1402834436617491/posts/2977244335843152/
Instagram: https://www.instagram.com/tv/CF1gGxzJ9bx/?igshid=wqhgzxiovyzx