2 Oktyabr 2020 23:37
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

Teleqraf.com xəbər verir ki, düşmənin növbəti dəfə atdığı top mərmilərdən biri Füzuli rayonun ərazisində yerləşən və bir neçə kəndin ərazisinə yaxın olan otlaq sahələrinə düşüb.

Nəticədə həmin ərazilərdə güclü yanğın baş verib.

Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, düşmənin təxribatı nəticəsində onların fərdi yaşayış evləri, təsərrüfatları və otlaq sahələri ziyan görüb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər