3 Oktyabr 2020 10:37
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya parlamentinin deputatı, qurumun İnsan hüquqları komitəsi üzvü Veljko Kajtazi qanunverici orqanın iclasında Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin alovlanmasından təəssüfləndiyini bildirib, iki ölkə arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Teleqraf.com-un xəbərinə görə, son günlərdə Ermənistanın təxribatı nəticəsində onlarca dinc insanın ölümündən kədərləndiyini bildirən deputat deyib: “Təəssüf ki, gərginlik getdikcə artır, 2020 –ci ildə birgəyaşayış və sərhəd məsələləri münaqişə yolu ilə həll olunur.Dinc insanların ölümü Cenevrə Konvensiyasının pozulması deməkdir. pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”. Deputat, həmçinin həmkarlarını və Xorvatiya hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. Bildirib ki, münaqişənin yeganə həll yolu sülh yoludur. O, qeyd edib ki, “Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər