3 Oktyabr 2020 12:54
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Azərbaycana Gürcüstan ərazisi vasitəsilə keçməsi barədə məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəldilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili bildirib.

Onun sözlərinə görə, DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv əlaqəni davam etdirir:

“Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyi və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanuna uyğun tədbirlər görüləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər