"Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir".
Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı:
"Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq", - o, əlavə edib.