3 Oktyabr 2020 21:30
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur.

Teleqraf.com xəbər verir ki, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksi yenidən düşmənin artilleriya atəşinə məruz qalıb. Binalara, klub icma mərkəzinə, həkim məntəqəsinə, musiqi məktəbinə ciddi ziyan dəyib.

Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər