“Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı və türk həmkarları - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla təmasları planlaşdırmayıb, lakin lazım olsa, onlarla Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Lazım hesab edilərsə, şübhəsiz ki, Prezident Putin bu mövzunu həmkarları ilə müzakirə edəcək”, - Peskov jurnalistlərə bildirib.
Bu danışıqların bu həftə olub-olmayacağını aydınlaşdıran suala cavabda Peskov söyləyib:
“Belə bir dəqiq planlar yoxdur, amma bilirsiniz ki, söhbət müharibədən gedir və əlbəttə ki, Qarabağdakı müharibədə vəziyyət sürətlə inkişaf edir, ona görə də təxmin etmək çətindir. Vəziyyətin necə inkişaf etdiyinə görə dialoqa ehtiyac da formalaşacaq”.