7 Oktyabr 2020 14:45
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın növbəti təcavüzü və Azərbaycan Ordusunun şanlı əks-həmlə əməliyyatlarından sonra Qərbi Kaspi Universitetinin tərəfdaşı olan dünyanın müxtəlif ölkələrinin nüfuzlu təhsil ocaqlarından Azərbaycanın haqq işinə dəstək ifadə edən məktublar daxil olmaqdadır.

Teleqraf.com-un məlumatına görə, universitetin partnyorlarından biri - Kanadanın Georgian Kollecinin beynəlxalq əlaqələr şöbəsinin məsul şəxsi Catherine Vellinganın məktubunda deyilir:

“Azərbaycanın şəhərlərinin bombalanması nəticəsində qarşılaşdığı dəhşətlərlə bağlı çox üzgünəm. Hal-hazırda dünyanı ağuşa alan problemlərinin içərisində siz bir də suverenliyinizi təhdid altına alan vəziyyətlə üz-üzəsiniz. Əmin olun ki, dualarımız sizinlədir. Hamımız ümid edirik ki, tezliklə bu təhlükə geridə qalacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər