"Azərkosmos" Milli Agentliyi bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinin peykdən çəkilmiş fotosunu paylaşıb.
Teleqraf.com agentliyə istinadən fotonu təqdim edir.
Qeyd edək ki, ölkəmiz üçün əhəmiyyətli strateji mövqe olan Suqovuşan ərazisi uzun ilərdir ki, Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə məruz qalmışdır.
Bu gün Azərbaycan tarixi ədalətin bərpası üçün mübarizə aparır və işğal altında olan torpaqlarımızın hər bir qarışını erməni vandalizmindən azad edir.
Zəfər bizimdir! Qarabağ Azərbaycandır!