Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın patriarxı II İlya ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığından bildirilib.
F.Quliyev qəbula görə təşəkkür edib və II İlyaya sülhə çağırışla bağlı bəyanatlarına görə minnətdarlığını bildirib.
Patriarx Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların aparılması ilə bağlı narahatlığını bir daha ifadə edib.