9 Oktyabr 2020 12:51
2 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görünən odur ki, bütün dünya müharibənin dayandırılmasına dair çağırışlar edir. Onlar müharibəni dayandırmaq istəyir. Bu açıq-aydın görünür. Ancaq müharibənin necə və hansı formada dayandırılacağı hələlik bilinmir. Müharibənin dayanması üçün tərəflər arasında razılıq əldə edilməlidir. Yəni üstün tərəfin tələbləri hansısa formada nəzərə alınmalıdır.

Bu fikirləri Teleqraf.com-a professor Əli Abbasov Azərbaycan Ordusunun işğalda olan torpaqlarımızı separatçı və terrorçulardan azad etməsi istiqamətində apardığı əməliyyatları şərh edərkən deyib.

Analitik əlavə edib ki, müharibənin dayandırılmaması imkanı da var. O, buna misal kimi elə Ermənistanın özünü çəkib:

“Vaxtilə Ermənistana deyirdilər ki, müharibəni saxlayın. Mən 1992-1994-cü illəri nəzərdə tuturam. Ancaq onlar müharibəni dayandırmadılar. Nəhayətdə 1994-cü ilin mayın 12-də atəşkəsə razı oldular. İndi bu ssenari işləyə bilər. Burada vacibi odur ki, bizim resurslarımız müharibəni daha nə qədər aparmağa imkan verəcək. Azərbaycan hazırda mövqe müharibəsi aparmır, hücum müharibəsi aparır. Bunun üçün resurs daha çox olmalıdır. Söhbət Azərbaycanla Ermənistanın müqayisəsindən getmir. Bunu ümumiyyətlə müqayisə etməyə dəyməz. Çünki biz onlardan qat-qat güclüyük. Problem ondadır ki, onlar yüksəkliklərdə oturur. Biz oraları əldə etmək istəyirik. Vəziyyəti müharibənin özü ortaya çıxaracaq”.

Əli Abbasov əlavə edib ki, Azərbaycan Cəbrayıl şəhərini işğaldan azad edib, hazırda şimal istiqamətində savaş gedir: “Artıq danışıqlar tam başqa formatda getməlidir. Ermənilər başa düşürlər ki, Azərbaycanın vəziyyəti dəyişib”.


Müəllif: Cavad

Oxşar xəbərlər