12 Oktyabr 2020 12:53
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxın tərəfdaşları olan tanınmış akademiklər Gəncə şəhərinin mülki əhalisinə və mədəni irsinə qarşı Ermənistan ordusunun təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Teleqraf.com xəbər verir ki, müraciətdə deyilir: “Hər zaman ədalət, mərhəmət, harmoniya və ümumdünya qardaşlıq tərəfdaşlığını təbliğ edən Nizami Gəncəvinin vətəni olan Gəncənin mülki əhalisinə qarşı Ermənistan silahlı qüvvələrinin hücumlarını kəskin şəkildə qınayırıq. İnsanlardakı fərqliliklərə baxmayaraq, Gəncə şəhəri və Nizaminin məqbərəsi ümumdünya irsinə aid önəmli abidələrdəndir. Bir millətin mədəni irsini hədəfə almaq heç bir şəkildə bəraət qazana bilməz. Ermənistanın zorakılığını kəskin şəkildə qınayırıq, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatını və UNESCO-nu öz rollarını oynamağa, bəşəriyyətin irsini xilas etmək üçün tez bir zamanda məsələyə müdaxilə etməyə, Ermənistanı Azərbaycana qarşı təcavüzünü dayandırmaq üçün fəal iştiraka çağırırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər