12 Oktyabr 2020 16:49
12 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan qoşunlarının Azərbaycana hücumuna cavab olaraq sentyabrın 27-də ölkəmiz əks-hücum əməliyyatına başladı. Nəticədə bir neçə yaşayış məntəqəsi, o cümlədən Hadrut qəsəbəsi işğaldan azad edildi. Düşmən tapdağından azad olunan Hadrut qəsəbəsinin adı ilə bağlı sosial şəbəkələrdə mübahisəli fikirlər səslənir.

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bildirib ki, Hadrut qəsəbəsinin tarixi çox qədimdir.

Onun sözlərinə görə, qəsəbənin adı "hədidurut" sözünün fars dilindən tərcüməsi “iki çay arası” deməkdir:

“Amma bu ad ərazinin erməni versiyasıdır. Əslində 19-cu əsrdə ruslar Azərbaycana gəlib, ərazisinin statistikasını aparanda, rayonun adı "Ağoğlan" kimi qeydə alınıb. 1939-cu ilə qədər rayonun adı "Dizaq mahalı" adlandırılıb.

Dizaq mahalı Qarabağ xanlığına tabe olub, sovet hakimiyyətində isə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil edilib.

Hadrut qəsəbəsi Azıx mağarasına yaxındır və burada tarixi Azərbaycan abidələri yerləşir.

Hadrut azərbaycanlılar və ermənilərin birgə yaşadığı böyük ərazi olub. Sonradan zaman keçdikcə ermənilər azərbaycanlıları yavaş-yavaş deportasiya etməyə başlayıblar. 1939-cu ildə ermənilərin təsiri ilə rayonun adı dəyişdirilərək Hadrut olub”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər