Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Birliyi Şurasının başqanı Şarl Mişel arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı tərəflər Türkiyə - Avropa Birliyi əlaqələri başda olmaqla, regional məsələləri də müzakirə ediblər.
Türk lider Azərbaycan torpaqlarını işğal edən Ermənistanın neft və təbii qaz boru kəmərlərinin, eləcə də nəqliyyat xətlərinin keçdiyi Tovuz, ardınca isə Gəncə şəhərlərinə hücum etməklə Avropanın enerji təminatına təhlükə yaratdığını bildirib.
Ərdoğan AB-ni Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.