Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə Bakı Media Mərkəzi ilə birgə videoçarx hazırlanmışdır.
Teleqraf.com-un məlumatına görə, videoçarxda Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Mübariz Tağıyev Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsinin qarşısında “Ulu torpaq” mahnısını ifa edir.
Sözügedən videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: