14 Oktyabr 2020 10:56
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb.

Məlumata görə, ermənilərin rayon ərazisini top atəşinə tutması nəticəsində ilkin olaraq 4 nəfər mülki şəxs yaralanıb.

Yaralıları çıxarmağa cəhd edər Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd ərazi icra nümayəndəsi Zeynalov Ramiz Surxay oğlu və Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd ərazi icra nümayəndəsi Əhmədov Kamran Vəliyəddin oğlu ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər