Milli Məclisin deputatı Cavid Osmanov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cavid müəllim, hazırda hümanitar atəşkəs rejimidir. Amma düşmən tərəf buna əməl etmir. Gəncə, Mingəçevir kimi iri şəhərlərimizə qarşı terror aktları həyata keçirir. Sizcə düşmənin bu uğursuz həmləsi nəyə hesablanıb?
- Sentyabr ayının 27-dən düşmən Ermənistan tərəfindən Azərbaycana qarşı böyük hərbi provakasiyalar həyata keçirildi. Rəşadətli Azərbaycan Ordusu Alı Baş Komandanın rəhbərliyi ilə düşmənin bu təxribatına cavab olaraq əks hücum əməliyyyatını həyata keçirməyə başladı. Məhz Ordumuzun böyük sücayəti sayəsində işğalda olan bir sıra yaşayış mənətəqlərimiz azad edildi. Azad edilmiş tarixi torpaqlarımızda şanlı bayrağımız ucaldıldı. Uzun illərdir xalqımızın mübarizə əzmini özündə əks etdirən vətən müharibəsi bu gün böyük ruh yüksəkliyinə səbəb olub. Bəlkə də, işğalçı Ermənistan uzun müddətdən sonra Azərbaycandan və xüsusi olaraq cəmiyyətimizdən bu cür təpkiləri gözləmirdi. Onlar düşünürlərdi ki, artıq 10 illiklər keçib, cəmiyyət təzələnib. Yeni formalaşmış nəsil isə bu problemə elə də xüsusi bir yanaşma sərgiləməyəcək. Amma düşmənin düşündüklərinin tamamilə əksi baş verdi. Artıq Azərbaycan cəmiyyəti bu problemi 30 ilə yaxındır ki, həllini gözləyirdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi-siyasi islahatlar dövlətimizin daha qüdrətlənməsini şərtləndirib. Təbbi ki, qüdrətimizin artması diplomatiya sahəsində də mövqelərimizin güclənməsinə təsir edən aimillərdəndir. Çünki xalqımızın güclü dövlətə və güclü Ali Baş Komandana güvəni sonsuzdur. Dövlətimizi idarə edən Cənab Prezident də məhz Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün bütün zəruri addımları təmin edilməsinə zəmin yaratmışdı. Bu gün Azərbaycan xalqında olan milli ruh ikinci bir xalqda ola bilməz.
- İşğalçı Ermənistan davamlı provakasiyalar təşkil edirdi. Qənaətinizcə düşmən belə bir həmlənin olacağını gözləyirdimi?
- Sözsüz ki, düşmən tərəf Azərbaycan xalqının bu işğal prosesinə razılaşmadığını bilirdi. Amma onlar bu qədər güclü bir əks həmləni sözsüz gözləmirdi. Çünki düşmənin bəlkədə yaddaşında hələ də Azərbaycan 90-cı illərin əvvəllərindəki obrazda ola bilərdi. Amma bütün dövrlərə nəzər salsaq Azərbaycan xalqı heç zaman işğalla, məğlubiyyətlə barışmayıb. Hər zaman öz məğrurluğunu, mübarizə əzmini nümayiş etdirib. Sadəcə olaraq məhz müstəqilliyimizin ilk illərində ölkədə baş verən bir sıra daxili siyasi təlatümlər sözsüz ki, ümumi mübarizə əzminə də mənfi təsir göstərmişdi. Məhz o dövlər vahid komandanlığın olmaması müharibə cəbhəsində düşmənə ayrı-ayrı qüvvələrin davamlı yardımları fonunda işğalçı Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi. Bunun əksinə olaraq cəmiyyət bu gün Ali Baş Komandanın rəhbərliyi altında sıx birləşib. Ordumuz düşmənə sarsıdıcı zərbələr vurur. 30 ilə yaxındır işğalda qalan tarixi torplaqlarımız azad edilir. Sözsüz xalqımızda bu uğurlar daha böyük qələbəyə əminlik yaradıb.
- Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyü ilə işğala son qoyulacaq və hərbi vəziyyət bitəcək. Bu hal regionun gələcək inkişafl üçün nə vəd edir?
- Qarabağın işğaldan azad olunması ilə Azərbaycan sözsüz öz ərazi bütövlüyü təmin edəcək. Belə olan halda hərbi münaqişələrin bitəcəyi birmənalıdır. Çünki Azərbaycan heç bir dövlətin ərazisini işğal etmək niyyətinə deyil. Dövlətimizin yeganə məqsədi ərazi bütövlüyümüzün təmin edilməsidir. Təbii, region üçün hazırda böyük bir təhdid olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həlli müsətivisində Cənubi Qafqazda sülhün bərqərar olması da mümkündür. Azərbaycan bu gün regionda aparıcı iqtisadi-siyasi gücə malikdir. Ölkəmizin iştirakı olmadan regionda heç bir layihə reallaşmır. Özünün enerji resursları ilə regionun və Avropanın o cümlədən bir sıra dünya dövlətlərinin enerji təhlükəsizliyinə töhvə verən Azərbaycan aparıcı güc mərkəzinə çevrilib. Bu gün regionda reallaşan layihələrdə qardaş Türkiyə, strateji əlaqələrimizin olduğu Rusiya, qonşu Gürcüstan Azərbaycanla eyni layihələrin icrasını həyata keçirir. Bu ölkələr Azərbaycanın də təminat vermiş olduğu beynəlxalq həcmli layihələrdə iştirak edərək böyük dvidentlər əldə edə bilir. Çünki Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr daxili və regional inkişafa, əməkdaşlığa əsaslanır. Sözsüz ki, hazırda bu inkişafa maneə yaradan yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. Sözsüz ki bu problemin həlli müstəvisində regionda daha böyük inkişafın və tərəqinin olması da mümkün olacaq. Bu gün Azərbaycan BMT-dən sonra ikinci böyük təsisata Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan dünyaya yeni çağırışlarla çıxış edən bir aparıcı rola malikdir.
- Ordumuzun cəbhədəki uğurlarını xarakterizə edərkən əsasən hansı amilləri xüsusi vurğulamaq olar?
- Bu gün Azərbaycan Ordusu beynəlxalq hərbi təşkilatların reytinq göstəricilərində öncül yerdə dayanır. Bu illər ərzində düşünülmüş və qarşıya qoyulmuş düzgün strateji siyasət nəticəsində mümkün olub. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan Ordusu çox yüksək hərbi gücə malikdir. Bu gün Azərbaycan Ordusu heç bir mülki obyektə və mülki insanlara xətər yetirmədən düşmənin hərbi obyektlərini məhv etməklə məğuldur. Azərbaycanın aparmış olduğu bu müharibəni bəzi ekspertlər gələcəyin müharibəsi kimi dəyərləndirirlər.
- Beynəlxaq təşkilatların Azərbaycanın vətən müharibəsində olan mövqeyi birmənalı deyil. Sizcə, bu yanaşmaların əsasında hansı amillər dayanır?
- Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan təşkilat ATƏT-in Minsk qrupudur. Amma bu təşkilat az qala son 30 ildə heç bir ciddi addım atmayıb. Bu təşkilat tərəfindən Azərbaycanın haqlı mövqeyi bir dəfə də olsun vurğulanmayıb. Eyni zamanda işğalçı dövlətə qarşı heç bir ciddi addım atılmayıb. Bu münaqişənin tənzimlənməsi və işğalda olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır. Eyni zamanda digər beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret müddəalar mövcuddur. Amma bütün bu reallıqlar ortada olduğu halda işğalçı Ermənistan heç bir beynəlxalq hüquqa əməl etmir. 30 ilə yaxındır ki, işğalçı dövlət Azərbaycanın qanuni ərazilərini işğalda saxlayır. Amma bəzi təşkilatlar hələ də öz ampulasındadır. İşğalçı ölkəyə bu və ya digər formada dəstək olmağa çalışırlar. Bəzi dövlətlər açıq şəkildə işğalçıya terrorçuya dəstək olması cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Amma bütün beynəlxalq təşkilatların nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında status kvonu aradan götürüb. Artıq təmas xətt deyilən bir bariyer qalmayıb. Eyni zamanda münaqişənin hərbi yola həlli yoxdur deyənlərə də, Azərbaycan Ordusu bunun əksini isbat etdi. Bu gün cəbhədə öz qüdrətini göstərən Azərbaycan sözsüz ki, diqtə edən bir tərəf kimi öz sərt mövqeyini ortaya qoyub. İşğalçı Ermənistan artıq bir sıra dövlətlərə Azərbaycanın hücumunu dayandırması ilə bağlı yalvarışlara başlayıb.
- Qardaş Türkiyənin həmsədrlikdə təmsilçiliyi nə dərəcədə mümkün görünür?
- Qardaş Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi dini, milli, tarixi köklərlə bağlı olan bir dövlətdir. Ulu Öndərimiz Heydər Əliyev də vurğulamışdır ki, Türkiyə Azərbaycan bir millət, iki dövlətdir. Sözsüz ki, regional baxımından Türkiyənin bu regiona yaxınlığı hər kəsə bəllidir. Ona görə də, Türkiyənin Dağlıq Qarabağ məsələsinin həllində iştirakı birmənalı olaraq vacibdir. İstənilən halda Türkiyə Azərbaycana qardaşlıq dəstəyini göstərir. Həmsədrlik və regiona yaxınlıq müstəvisində Türkiyə və Rusiyanın aparıcı dövlət kimi prosesdə söz sahibi olması arzu olunan bir haldır.