19 Oktyabr 2020 10:44
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sosial şəbəkə istifadəçilərini yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq"

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinindən məlumat verilib.

Bildirilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar:

"Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər